Şəxsi məlumatlar haqqında siyasət
Razılıq
Əgər siz Birbonus.az vebsaytından istifadə edirsinizsə, o zaman siz hazırkı Şəxsi məlumatlar haqqında siyasətin tətbiqinə razılıq verirsiniz.
Sizin məlumatlarınızın məxfiliyi bizim üçün çox vacibdir və biz şəxsi məlumatların mühafizəsinin əhəmiyyətli olduğunu qəbul edirik. Ona görə də, hazırkı Siyasəti hazırlamaqda məqsədimiz şəxsi məlumatlarınızın bizim tərəfimizdən necə toplanıldığı, istifadə edildiyi, bölüşüldüyü və dəyişdirdiyi barədə sizə məlumat verməkdir.
Şəxsi məlumatların tərkibi
Şəxsi məlumatlar – birbaşa və ya dolayı şəkildə müəyyən olan və ya müəyyənləşdirilən fiziki şəxsə (vətəndaşa) aid hər hansı informasiyadır. Bu cür məlumatlara xüsusilə aşağıdakıları aid etmək olar: ad, soyad və ata adı, doğum tarixi və yeri, ünvan, ailə vəziyyəti, sosial və əmlak vəziyyəti haqqında məlumatlar, təhsil, peşə, gəlir haqqında məlumatlar, habelə digər informasiya.
Bizim tərəfimizdən emal edilən şəxsi məlumatlar qanunvericiliyə uyğun qaydada ciddi şəkildə qorunan məxfi informasiya hesab edilir.
birbonus.az vebsaytından istifadə çərçivəsində biz aşağıdakı məlumatları toplayırıq:
Şəxsi məlumatların emalı – avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etmədən şəxsi məlumatlar üzərində edilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlərin (əməliyyatların) məcmusu. Bu cür hərəkətlərə (əməliyyatlara) aşağıdakıları aid etmək olar: şəxsi məlumatların yığılması, əldə edilməsi, qeydə alınması, sistemləşdirilməsi, toplanması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (paylanılması, təqdim olunması, çıxış), anonimləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi.
İstifadə məqsədləri
Müştərilərin məlumatları yalnız istehlakçı loyallığına dair Bir Bonus koalisiya proqramında (bundan sonra “Proqram” adlandırılır) iştirak haqqında Müştəri ilə bağlanılmış müqavilə çərçivəsində aşağıdakı məqsədlərlə xidmətlərin göstərilməsi üçün toplanılır və saxlanılır:
Hazırkı Məxfilik Siyasəti çərçivəsində Müştərinin məlumatları dedikdə aşağıdakılar nəzərdə tutulur: Müştərinin müqavilələr bağlayarkən, mobil tətbiqi quraşdırarkən və istifadə edərkən müstəqil şəkildə təqdim etdiyi və birbonus.az vebsaytında şəxsi kabinetdə yerləşən şəxsi məlumatlar (o cümlədən ad, soyad, ata adı, elektron poçt ünvanı, telefon daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq); habelə mobil tətbiqdən istifadə prosesində avtomatik şəkildə təqdim olunan məlumatlar, o cümlədən aşağıdakılar, lakin bunlarla məhdudlaşmayaraq:
Mobil tətbiqin quraşdırıldığı mobil cihazın identifikasiya edilməsi üçün zəruri olan İDFA (reklam verənlər üçün identifikator) göstəricisinin əldə olunması. Bu, istifadəçinin Birmarket məhsullarından istifadə zamanı təhlükəsizliyini gücləndirmək üçün lazımdır.
Cihazın kamerasına çıxış icazəsinin verilməsi loyallıq kartının skanerlənməsi üçün lazımdır.
“Cookies” faylları istifadəçiyə imkan verir ki, Birmarket platformasından istifadə tarixçəsini, tənzimlənmiş parametrləri və Birbonus.az vebsaytından istifadə rahatlığını artıran digər məlumatları öz cihazında saxlasın.
Əməliyyat Sisteminin versiyası haqqında məlumat müştərinin istifadə etdiyi əməliyyat sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
Brauzerin versiyası haqqında məlumat müştərinin istifadə etdiyi brauzer sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
Cihazın növü barədə məlumat müştərinin istifadə etdiyi əməliyyat sisteminin versiyasının xüsusiyyətlərini nəzərə almaqla müştəriyə əks etdirilən informasiyanı texniki cəhətdən optimallaşdırmaq üçün lazımdır.
Vaxt zonası müştərinin yerləşdiyi vaxt zonası (saat qurşağını) nəzərə almaqla müştəriyə əks etdirilən vaxtın tənzimlənməsi üçün lazımdır.
Fayl sistemi platformanın düzgün fəaliyyət göstərməsi üçün zəruri olan tətbiqi proqramdakı meta-məlumatların saxlanılması üçün lazımdır.
Şəbəkəyə qoşulma (mobil şəbəkə və Wi-Fi) mobil tətbiqin meta-məlumatlarının yüklənilməsi imkanlarını izləmək üçün və mobil tətbiqdəki tərəfdaşların və məhsulların kataloqlarının tərkibindəkilərin aktuallığını təmin etmək məqsədilə server tərəfindən məlumatların alınması üçün lazımdır.
Şəkil qalereyasına və kameraya giriş icazəsi şəxsi hesabda profil şəklinin dəyişdirilməsi və yüklənməsi üçün lazımdır.
Bundan əlavə, biz kənar xidmətlərdən (məsələn Google Analytics kimi) istifadə edə bilərik. Bu kənar xidmətlərin təqdim olunmuş informasiyadan necə istifadə olunduğunu əks etdirən öz məxfilik siyasəti var.
Brauzerinizdə və ya cihazınızda quraşdırılmış icazələrdən asılı olaraq yerləşmə haqqında məlumatlar.
Siz cihazınızın parametrlərində yerləşmənin müəyyənləşdirilməsi xidmətini söndürə bilərsiniz.
Məlumatların mühafizəsi
Biz sizin məlumatlarınızın təhlükəsiz saxlanılmasını təmin etmək üçün xüsusi tədbirlər görürük. Bu cür tədbirlər çərçivəsində sizin məlumatlarınıza icazəsiz giriş və ya onların icazəsiz açıqlanması kimi risklərin azaldılmasına yönəlmiş xüsusi proseslər və prosedurlar tətbiq olunur. İnformasiya təhlükəsizliyini təmin etmək məqsədilə tərəfimizdən zəruri təşkilati, texniki və fiziki tədbirlər görülüb.
Məlumatların təqdim edilməsindən imtina
Biz sizdən şəxsi məlumatlarınızı istəyən zaman sizə onları təqdim etməkdən imtina etmək imkanı veririk.
“Cookies” fayllarının bloklanması
Öz brauzerinizdəki parametrlərdən istifadə etməklə “cookies” fayllarını silə və ya bloklaya bilərsiniz.
Biz əsassız olaraq təkrarlanan və ya sistematik olan, qeyri-proporsional texniki səylər tələb edən (məsələn, ehtiyat məlumat daşıyıcılarında saxlanılan məlumatlarla bağlı sorğular), digər istifadəçilərin məxfiliyini təhlükə altında qoyan sorğuların icrasından imtina edə bilərik. İstənilən halda, biz məlumatları silərkən və ya dəyişdirərkən, bu xidməti ödənişsiz (pulsuz) yerinə yetiririk (qeyri-proporsional səylər tələb edən hallar istisna olmaqla).