“Bir Bonus” istehlakçı loyallığı əməkdaşlıq proqramında (“Proqram”) iştiraka dair Müqavilə (“Ümumi oferta”)
Bir Bonus – “Competo” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Competo) “Umico Bonus” loyallıq proqramının “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti (Bank) və Competo arasında bağlanmış əməkdaşlıq memorandumunun şərtlərinə əsasən, 27.11.2024-cü il tarixindən etibarən Bank tərəfindən davam etdirilən loyallıq proqramıdır və “Umico” loyallıq proqramı üzrə Operatorun bütün hüquq və öhdəliklər Banka ötürülmüşdür.
Danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələrə Operatorun yerləşdiyi yerin məkhəməsində, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılır.
Bir Bonus istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqaviləyə 1 saylı Əlavə
(Bir Bonus istehlakçı loyallığı əməkdaşlıq proqramına qoşulma qaydaları)
1. Loyallıq Proqramı 15.04.2019-cu il tarixindən etibarən fəaliyyətə başlayır.
2. Loyallıq Proqramı haqqında məlumatlar Operator tərəfindən Saytda sistemləşdirilir.
3. Müştəri müəyyən şərtləri yerinə yetirməklə Proqram çərçivəsində aşağıdakı stimullaşdırma növlərindən yararlana bilər:
3.1. Hesablayan Partnyorun təşəbbüsü ilə Bonus manatlarının hesablanması.
3.2. Operatorun təşəbbüsü ilə Əlavə bonus manatlarının hesablanması. Əlavə bonus manatlarının yığılması qaydası Operator tərəfindən müstəqil qaydada müəyyən edilir (Operator həmçinin hazırkı Qaydaların 5-ci bölməsini də tətbiq edə bilər). Əlavə bonus manatlarının İstifadəsi bu Qaydaların 6-cı bölməsinə uyğun olaraq həyata keçirilir.
3.3. Operator və Partnyorlar tərəfindən həyata keçirilən xüsusi marketinq tədbirləri çərçivəsində premium (yüksək) əmsalın tətbiqi ilə Bonus manatlarının İstifadəsi.
3.4. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində digər stimullaşdırma növləri.
4. UİD-in əldə edilməsi və aktivləşdirilməsi qaydası:
4.1. Müştəri Proqram çərçivəsində həyata keçirilən əməliyyatların identifikasiyası üçün UİD-dən istifadə edir.
4.2. İstifadəçi UİD-inin əldə edilməsi qaydası Operator tərəfindən müəyyən edilir.
4.3. UİD-in aktivləşdirilməsinə dair təlimat Operator tərəfindən Saytda yerləşdirilir.
5. Bonus manatlarının hesablanması qaydaları:
5.1. Proqram çərçivəsində həyata keçirilən əməliyyatlara görə Bonus manatlarının hesablanması üçün Müştəri belə əməliyyatları UİD-dən istifadə etməklə identifikasiya etməlidir. UİD-dən istifadəyə dair ətraflı təlimatlar Operator tərəfindən Saytın müvafiq bölməsində yerləşdirilir.
5.2. Müştəri tərəfindən Hesablayan Partnyorun TS-ində UİD-dən istifadə etməklə həyata keçirilən Malların ödənişi əməliyyatlarına görə Operator Bonus manatları hesablayır.
5.3. Qaydaların 5.2-ci bəndində göstərilən əməliyyatlar üzrə Operator tərəfindən Bonus manatlarının hesablanmasında istifadə edilən faiz dərəcəsi Partnyor və Operator tərəfindən müstəqil şəkildə müəyyən edilir.
5.4. Operator tərəfindən Bonus manatlarının hesablanmasında istifadə edilən faiz dərəcəsi Müştəriyə qabaqcadan xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Operator tərəfindən Bonus manatlarının hesablanması üçün (o cümlədən, hər bir Partnyor üçün) istifadə olunan cari faiz dərəcəsi Saytın müvafiq bölməsində göstərilir.
5.5. Toplanmış Bonus manatlarının Müştərinin Bonus hesabında əks olunması vaxtı hər bir Partnyorla qarşılıqlı fəaliyyətin texniki xüsusiyyətlərindən asılıdır və fərqlənə bilər. Bonus manatlarının Müştərinin Bonus hesabında əks olunması qaydasına dair məlumat Operator tərəfindən Saytda dərc olunur.
5.6. Operator həm müəyyən bir müddət ərzində, həm də Loyallıq Proqramında iştirakının bütün müddəti ərzində Müştəriyə hesablana bilən Bonus manatı məbləğinin yuxarı həddinə limit qoymaq hüququna malikdir. Belə limitlər və onlardan istifadə qaydası Saytın müvafiq bölməsində göstərilir. Operator birtərəfli qaydada, Müştərini qabaqcadan xəbərdar etmədən mövcud limitləri dəyişdirmək hüququna malikdir. Cari limitlər Saytın müvafiq bölməsində göstərilir.
5.7. Toplanmış Bonus manatının məbləği müəyyən edilən limitə çatdıqda, cari dövrdə əlavə Bonus manatı hesablanmaya bilər.
5.8. Operator hesablanmış Bonus manatlarının etibarlılıq müddətini müəyyən etmək hüququna malikdir. Etibarlılıq müddəti başa çatdığı halda toplanmış Bonus manatları hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
5.9. Nəticəsində Müştəriyə Bonus manatları hesablanmış əməliyyatı Müştəri ləğv etdikdə (o cümlədən, Malları qaytardıqda) Operator həmin Bonus manatlarını ləğv etmək hüququna malikdir. Müştərinin Bonus hesabında ləğv əməliyyatının icrası üçün kifayət qədər Bonus manatları mövcud deyilsə (ləğv edilən əməliyyat üzrə hesablanmış Bonus manatları ləğv zamanı artıq istifadə olunmuşdursa (bir hissəsi istifadə olunmuşdursa)), Partnyor Bonus manatının çatışmayan məbləğini ləğv edilən əməliyyat üzrə geri qaytarılan pul vəsaitindən tutur.
5.10. Nəticəsində Müştəri tərəfindən Bonus manatları istifadə edilmiş əməliyyatı Müştərinin ləğv etməsi (o cümlədən, Malların qaytarılması) halında Operator həmin Bonus manatlarını Müştərinin Bonus hesabına bərpa edir.
5.11. Ləğv əməliyyatı zamanı Müştəri belə əməliyyatı həmin əməliyyatın əsli yerinə yetirilərkən istifadə edilmiş UİD-dən istifadə edərək identifikasiya etməyə borcludur. Ləğv əməliyyatı zamanı Müştərinin hərəkətlərinə dair ətraflı təlimat Operator tərəfindən Saytda yerləşdirilir. Həmin təlimatlar pozulduğu halda Operator Qaydaların 5.10-cu bəndinə uyğun olaraq Bonus manatının bərpasını həyata keçirməmək hüququna malikdir.
5.12. Bonus manatları, Operatorun subyektiv rəyinə görə, Müştəriyə Loyallıq Proqramı çərçivəsində təqdim edilən imkanlardan onun sui-istifadəsi nəticəsində hesablanmışdırsa, Operator Müştərinin istənilən Bonus manatlarının hamısını və ya bir hissəsini Müştəriyə qabaqcadan xəbərdarlıq etmədən və hər hansı şəkildə əvəz ödəmədən ləğv etmək hüququna malikdir.
5.13. Operator müəyyən növ əməliyyatların həyata keçirilməsi zamanı və ya öz mülahizəsi əsasında digər hallarda Bonus manatlarının hesablanmasına məhdudiyyət qoymaq hüququna malikdir. Məhdudiyyətlər barədə məlumat Operator tərəfindən Saytda yerləşdirilir.
5.14. Bonus Manatlarının hesablanması nəticəsində onlar tam miqdarda əldə edilmirsə, onların tam hissəsisi pul vahidinə (Azərbaycan manatı) və kəsr hissəsi – xırda pula (Azərbaycan qəpiyi) bərabər hesab edilir.
5.15. Müştəri Bonus Manatlarının məbləği barədə məlumatı Müştərinin Saytdakı şəxsi kabinetindən, mobil tətbiqdən və ya Operatorun Əlaqə Mərkəzinə müraciət etməklə əldə edə bilər.
5.16. Bonus manatının yanlış hesablanması/ istifadəsi halında Operator müstəqil şəkildə, Müştəriyə qabaqcadan xəbərdarlıq etmədən düzəlişlər etmək hüququna malikdir.
5.17. Hesablanan bonusların minimum məbləği 0,01 bonusdur. Məbləğ 0,01 AZN-dən aşağı olduqda, bonus manatları hesablanmır.
6. Bonus manatlarından istifadə qaydaları.
6.1. Toplanmış Bonus manatları Müştəri tərəfindən İstifadə edən Partnyorun TS-larında Mallara görə ödəniş həyata keçirilərkən istifadə edilə bilər. Bonus manatlarından istifadə etmək üçün Müştəri əməliyyatı UİD-dən istifadə etməklə identifikasiya etməli və Bonus manatlarının istifadəsinə dair Operator tərəfindən Saytda yerləşdirilmiş təlimatlara əməl etməlidir.
6.2. Ümumi qaydada Müştəri öz Bonus Hesabında olan Bonus Manatlarının istənilən hissəsini istifadə edə bilər. Hər hansı İstifadə edən Partnyorun işinin texniki xüsusiyyətləri Bonus manatlarından istifadəni ümumi əsaslarla həyata keçirməyə imkan vermirsə, belə İstifadə edən Partnyorlarda Bonus manatlarından istifadənin xüsusi qaydası tətbiq oluna bilər.
6.3. Ümumi qaydada bir Bonus manatından İstifadə zamanı Müştəri İstifadə edən Partnyordan ekvivalent dəyərdə Mal əldə edir. Xüsusi marketinq fəaliyyətləri (aksiyalar) çərçivəsində istifadə daha yuxarı və ya daha aşağı əmsaldan istifadə edilməklə həyata keçirilə bilər.
6.4. Bonus manatından istifadə Bonus manatının etibarlılıq müddətinin bitməsinədək olan vaxt nəzərə alınmaqla həyata keçirilir. İlk növbədə etibarlılıq müddətinin bitməsinə daha az qalmış Bonus manatları silinir.
7. Digər şərtlər:
7.1. UİD-in aktivləşdirilməsinin köməyi ilə identifikasiya edilən istənilən əməliyyat həmin UİD-i aktivləşdirən Müştəri tərəfindən həyata keçirilmiş əməliyyat hesab edilir. Müştəri müstəqil olaraq UİD-in təhlükəsizliyini təmin edir. Operator Müştərinin UİD-inə çıxış əldə etmiş üçüncü şəxslərin icazəsiz hərəkətlərinə görə məsuliyyət daşımır.
7.2. Bonus manatları, habelə Müştərinin Əlavə bonus manatları (Publik Ofertanın 3 saylı Əlavəsində qeyd olunan P2P əməliyyatlar istisna olmaqla) başqa bir şəxsə ötürülə bilməz və ya Loyallıq Proqramının Müştərisi olub-olmamasından asılı olmayaraq digər şəxsin Bonus manatları/Əlavə bonus manatları ilə birləşdirilə bilməz.
7.3. Müştəri ona hesablanmış Bonus manatlarının və ya Əlavə bonus manatlarının məbləği ilə razılaşmadıqda, etiraz yazılı formada və ya Azərbaycan Respublikasının vətəndaşların müraciətlərinə dair qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş digər formada Operatora ünvanlanır.
7.4 Müştəriyə bonus manatları hesablandıqda və/ və ya Müştəri Bonus manatlarından istifadə etdikdə, hesablanan və istifadə edilən bonus manatların vahid əmsalı Operator tərəfindən müəyyən olunur.
Bir Bonus istehlakçı loyallığı əməkdaşlıq proqramında iştiraka dair Müqaviləyə 2 saylı Əlavə
Çeklərdə QR-kodun skanerlənməsi funksiyasından istifadə etməklə Bir Bonus istehlakçı loyallığı əməkdaşlıq proqramında iştirak qaydaları.
1. Operator Müştəriyə çekdəki QR-kodun skanerlənməsi funksiyasından istifadə etmək və digər formada kassa çekindəki məlumatlar əsasında satınalma barədə informasiya əldə etmək imkanı yaradır. Qeyd edilmiş funksionallıqdan istifadə edərkən Müştəri Operatora icazə verir ki, informasiya servisi vasitəsilə Operator Müştərinin hesablaşma apardığı vaxt təşkilatın və ya fərdi sahibkarın (satıcının) nəzarət-kassa aparatından çıxan Müştəriyə aid kassa çeklərindəki informasiyanı əldə etsin və istifadə etsin.
2. Müştəri Bonus manatları hesablanan anadək çekləri və Satınalmaları təsdiqləyən (Qaydalara uyğun olaraq malı indetifikasiya edən) digər sənədləri saxlamağı öhdəsinə götürür və eləcə də Tətbiqdəki bildiriş vasitəsilə (və ya Operatorun mülahizəsinə əsasən digər mümkün vasitə ilə) tələb edildikdə Müştəri ona hesablanmış Bonus manatlarla bağlı yarana biləcək mübahisəli halların tənzimlənməsi üçün həmin çek və sənədləri Operatora təqdim etməyi öhdəsinə götürür.
Operator Bonus manatları aşağıdakıları uğurla yerinə yetirmiş Müştəriyə hesablayır:
2.1. Proqramın Qaydalarını və Şərtlərini yerinə yetirmiş, ticarət şəbəkəsində Aksiyaların qüvvədə olma müddəti ərzində Satınalmalar edərək Çekləri əldə etmiş;
2.2. Tətbiqdə avtorizasiya olmuş;
2.3. Satınalma edildiyi andan etibarən 3 saatdan gec olmayaraq çekdəki QR-kodu skanerdə oxutmuş.
2.4. Çekin fotoşəklini çəkmiş və onu Tətbiqə yükləmiş.
2.5. Aksiyaların Qaydalarından və Şərtlərindən sui-istifadəyə yol verməmiş, Aksiyaların Qaydalarını və Şərtlərini pozmamış, Qaydalarda nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirmiş.
2.6. Operator Çekin verildiyini, Çek üzrə geri qaytarılan malın/malların olmadığını, Çekin Proqramın Qaydalarına və Şərtlərinə uyğun olduğunu, Proqramın Qaydalarından və Şərtlərindən sui-istifadə hallarına dair əlamətlərin olmadığını və eləcə də məhdudiyyətlərin olmadığını yoxlayıb təsdiqlədikdən sonra bonus manatlarını hesablayır.
Qeyd edilən yoxlamanın aparılması üsulları Operatorun öz mülahizəsi əsasında və onda olan məlumatlar əsasında müəyyənləşdirilir.
3. Operator aşağıdakı Çeklərə görə Bonus manatları hesablamamaq və Bonus hesabındakı Bonus manatları ləğv etmək hüququna malikdir:
3.1. Malların geri qaytarılması üçün istifadə edilmiş Çeklər;
3.2. Ödənişin ləğvi üçün istifadə edilmiş Çeklər;
3.3. Satınalmanın Müştərinin özü tərəfindən həyata keçirildiyini təsdiqləyən faktın olmadığı Çeklər;
3.4. Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən, o cümlədən (lakin bunlarla məhdudlaşmayaraq) ticarət müəssisəsinin, ticarət məntəqəsinin, ticarət obyektinin əməkdaşı, kassiri olan (və yaxud Çeklərə çıxışı olan digər şəxs) Müştərinin skanerdə oxudulmuş Çekləri;
3.5. Siyahı buradakılarla məhdudlaşmır və eləcə də Aksiya Qaydalarıdan və Şərtlərindən sui-istifadə edildiyi, Qaydaları və Proqramın məqsədlərini pozduğu güman edilən hər hansı digər Çeklərə də tətbiq olunur.
4. Satınalmanın həyata keçirilməsi və 2 saylı Əlavənin 3-cü bəndinə uyğun olaraq Proqramda və ya Aksiyada iştirak üçün çeklərin skanerlənməsi Operator tərəfindən qanunsuz hərəkət hesab edildikdə.
5. Hər Çek üzrə yalnız bir dəfə Bonus manatlar hesablana bilər. Bir neçə İstifadəçi eyni Çekin QR-kodunu Operatora təqdim edərsə, həmin QR-kodu vaxt etibarilə birinci təqdim etmiş Müştəriyə Bonus manatlar hesablanacaq.
6. Əgər Çekdə göstərilmiş informasiyaya əsasən orada qeyd edilmiş Malın Proqramın Şərtlərinə uyğun olduğunu birmənalı olaraq təsdiqləmək mümkün olmazsa, o zaman Operator Bonus manatların hesablanmasından imtina etmək hüququna malik olur.
Proqram Müştərilərinin Bonus hesabları arasında Bonus manatlarının köçürülməsi funksionallığından istifadə üzrə Müqaviləyə 3 saylı Əlavə.
1. Müştərilərin Bonus hesabları arasında Bonus manatlarının köçürülməsi (bundan sonra - P2P köçürmə) funksionallığı Proqram Müştərilərinə Operatorun icazəsi və müəyyən etdiyi çərçivədə öz Bonus hesabından başqa Müştərinin Bonus hesabına Bonus manatlarının köçürülməsi üzrə əməliyyatlar aparmağa imkan verir.
2. Funksionalın tərəfləri bunlardır: Operator, Göndərən-Müştəri, Qəbuledici-Müştəri.
3. Funksional yalnız "aktiv müştərilər" arasında aktiv ola bilər.
4. Funksionaldan istifadə qaydası:
4.1. Göndərən-Müştəri Proqramın müvafiq menyusunda P2P köçürməsinə başlayır.
4.2. Göndərən-Müştəri Qəbuledici-Müştərinin məlumatlarını (bonus kartının nömrəsi və ya telefon nömrəsi), həmçinin P2P köçürmə məbləğini qeyd edir.
4.3 Daxil edilmiş məlumatların düzgünlüyünü yoxladıqdan sonra Operator göstərilən məbləği Göndərən-Müştərinin Bonus hesabından silir və Qəbuledici-Müştərinin Bonus hesabına köçürür.
4.4. İcra olunmuş P2P köçürmə üzrə məlumat Tətbiqin müvafiq bölmələrində göstərilir.
5. Operator P2P köçürmələri üçün komissiya tutmaq hüququna malikdir. Bu halda, Göndərən-Müştəri əməliyyatı icra edərkən Tətbiqin açılan pəncərəsində müvafiq "Davam et" düyməsini sıxmaqla komissiya haqqını təsdiqləyir.
6. Limitlər:
- Bir Bonus Hesabından ayda 100-dən çox Bonus Manat göndərilə bilməz.
- Bir Bonus Hesabına ayda 100 Bonus Manatından çox küçürülə bilməz.
7. Şübhəli əməliyyatlar aşkar edildikdə, Operator həm Göndərən-Müştərinin, həm də Qəbuledici-Müştərinin bonus hesabını araşdırmanın sonuna qədər bloklamaq hüququnu özündə saxlayır. Qanunsuz hərəkətlər faktı təsdiqləndikdə Operator Müştərinin qanunsuz hərəkətləri ilə yaranan nəticələrin aradan qaldırılmasına yönəlmiş zəruri və/və ya mümkün Prosedurları həyata keçirir.
8. P2P köçürməsini həyata keçirərkən Göndərən-Müştəri tərəfindən daxil edilmiş məlumatların düzgünlüyünə görə Operator məsuliyyət daşımır. Göndərən-Müştəri tərəfindən köçürülmüş bonus manatları Operator tərəfindən geri qaytarılmır və ya kompensasiya olunmur.
“Umico/Birbonus Premium“ Loyallıq Proqramı Paketinin təqdimatı və istifadəsinə dair Müqaviləyə 4-cü Əlavə
1. İstənilən istifadəçi Loyallıq Proqramının bir hissəsi kimi Operator tərəfindən təqdim olunan “Umico/Birbonus Premium” Xidmətlər Paketinə abunəni rəsmiləşdirmək hüququna malikdir.
2. "Umico/Birbonus Premium" Xidmətlər Paketi Abunəçiyə əlavə xidmətlərə və/və ya xüsusi şərtlərə çıxış imkanı verir.
3. Operator, Müştərini əvvəlcədən xəbərdar etmədən “Umico/Birbonus Premium” Xidmətlər Paketinin tərkibini müəyyən etmək və zəruri hallarda dəyişdirmək hüququnu özündə saxlayır. Hər hansı tərkib hissəsinin “Umico/Birbonus Premium” Xidmətlər Paketindən çıxarılması halında, bu cür çıxarılma Abunəçilərdən ödənişin alındığı istifadə müddətinin bitməsindən tez baş verməməlidir.
4. Operator "Umico/Birbonus Premium" Xidmətlər Paketindən istifadəyə görə ödənişin məbləğini və qaydalarını müəyyən etmək və zəruri hallarda dəyişmək hüququnu özündə saxlayır. "Umico/Birbonus Premium" Xidmətlər Paketinə abunə rəsmiləşdirilərkən Müştəri, Operatora hər 30 gündən-bir abunə haqqını Müştərinin bonus hesabından silməyi tapşırır. Ödənişin silinməsi üçün ilk tarix abunənin rəsmiləşdirilməsi tarixidir.
5. Əgər sonrakı silinmə üçün Müştərinin bonus hesabında kifayət qədər bonus yoxdursa, lakin balans müsbətdirsə, o zaman ödəniş qismən silinir və xidmət paketindən daha bir dövr ərzində istifadə etmək hüququ verilir. Müştərinin bonus hesabı sıfıra bərabərdirsə, xidmətlər paketinə giriş dayandırılır. Abunəlik ləğv edilmir və bonuslar hesaba köçürüldükdə və sonrakı ödəniş silindikdə yenilənir. Sözügedən ödənişin silinmə tarixi sonrakı abunəlikdə yeni ödənişin tarixi hesab edilir. "Umico/Birbonus Premium" Xidmətlər Paketi üzrə ödənişlər haqqında məlumat əməliyyatlar tarixçəsində və Abunəçinin şəxsi hesabında əks olunur.
6. “Umico/Birbonus Premium” Xidmətlər Paketinə Abunə qiyməti: sınaq müddətində (ilk 1 ay) – ayda 1 bonus və ya 1 manat. Sınaq müddətindən sonra - ayda 3 bonus və ya 3 manat. Sınaq müddətindən, bundan əvvəl tam istifadə olunub-olunmamasından asılı olmayaraq 1 dəfə istifadə oluna bilər. Abunə qiymətinə edilən dəyişikliklər, bu müqaviləyə əlavəyə dəyişiklik edilməklə aparılacaqdır. Umico/Birbonus balansında kifayət qədər bonus olmadıqda, Müştəri abunə haqqını Müştərinin telefonuna göndərilən SMS-dəki linkə daxil olaraq bank kartı vasitəsilə ödəməklə Umico/Birbonus Premium Xidmət Paketinə abunə ola bilər.
7. Umico Premium Xidmətlər Paketinin tərkibinə aşağıdakılar daxildir:
8. Müştəri "Umico/Birbonus Premium" Xidmətlər Paketinə abunəni ləğv etmək hüququna malikdir. Bu halda, Paketə daxil olan xidmətlərdən istifadə "Umico/Birbonus Premium" Xidmətlər Paketindən istifadəyə görə ödənişin sonuncu dəfə silindiyi andan 30 gün keçdikdən sonra dayandırılacaq.
9. Operator şübhəli əməliyyatlar aşkar edərsə, Operator Müştəriyə xəbərdarlıq etmədən abunəni dayandırmaq və Müştərinin hesabını bloklamaq hüququna malikdir. Müştəri tərəfindən Proqramın qaydalarından sui-istifadə halları təsdiqləndiyi halda, Operator hər hansı formada kompensasiya ödənilmədən Müştərinin hər hansı Bonus manatını tam və ya qismən ləğv etmək hüququna malikdir.
10. Operator müxtəlif aksiyalar çərçivəsində Müştərilərə "Umico/Birbonus Premium" xidmətlər paketini hədiyyə etmək hüququnu özündə saxlayır.
Müştərinin bu Əlavədə göstərilən qaydada "Umico/Birbonus Premium" Xidmət Paketinin abunəliyindən çıxmaq hüququ vardır.
“Umico" İstehlakçı Loyallığı Proqramında İştirak haqqında Müqaviləyə 5 saylı Əlavə
1. Bravo Club-dan istifadə edərək Müştəri Operator tətbiqi vasitəsilə artan loyallıqla əməliyyatlar aparmaq, eləcə də əlavə endirim və hədiyyələr əldə etmək imkanına malik olur:
2. Loyallıq müddətləri və növləri Tərəfdaş tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
3. Güzəşt, endirim və kuponların siyahısı Operator tətbiqindəki “Bravo Club” bölməsində göstərilir.
4. Partnyor və Müştəri arasında yaranan hər hansı fikir ayrılığına və/və ya mübahisələrə görə Operator məsuliyyət daşımır.