
Sənə şad xəbərimiz var. Əgər partnyorlarımızda Umico bonus kartını göstərərək bonus qazanmağa öyrəşmisənsə, bu vərdişini dəyişməyə ehtiyac yoxdur. Çünki həm Umico bonus kartları, həm yepyeni Bir Bonus kartları partnyorlarımızda bonus qazandırmağa davam edəcək.
Yeni Bir Bonus fiziki kartını əldə etmək üçün yaxınlaş:
Bu arada, kartı əldə edən kimi qazanmağa başlaya bilərsən.
Daha çox bonus istəyənlər üçün bir sirr bölüşmək istəyirik:
Fiziki kart rahatdır, amma daha çox qazanmağın yolu rəqəmsal tətbiqlərdir. Çünki bütün xüsusi fürsətlər oradadır. Sadəcə Birbank, m10 və Birmarket tətbiqlərini yüklə, hər üç tətbiqin üstünlüklərindən faydalan və daha çox bonus qazan.
Uzun sözün qısası, istəsən kartla, istəsən tətbiqlə – Birbonuslar həmişə qazanır!